Ədliyyə Nazirliyinin Fərdi Elektron Pəncərə sistemindən istifadəyə dair hesabatın nəticələri açıqlanıb.
QHT.az xəbər verir ki, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsinin icraçı tərəfdaşı olan “MG Consulting” MMC-nin rəhbəri Məhəmməd Quluzadənin verdiyi məlumata əsasən, layihə çərçivəsində Ədliyyə Nazirliyinin Fərdi Elektron Pəncərə (FEP) sistemindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi üçün QHT-lər arasında sorğu keçirilmişdir.
Sorğunun nəticələrinə görə, iştirakçıların 71%-i FEP-dən istifadə edərkən heç bir problemlə üzləşmədiyini, 27% isə FEP-dən kifayət qədər razı qalmadıqlarını bildirmişlər. İştirakçıların 95%-dən onlayn qaydada təqdim olunan sənədlərin kağız nüsxələrinin tələb edilmədiyi və Ədliyyə Nazirliyi tərəfindən müraciətlərə kifayət qədər tez, bir həftədən bir aya qədər müddətdə baxılması müəyyən edilmişdir.
Sorğuda iştirak edənlər tərəfindən ən geniş istifadə edilən xidmət qrant müqavilələrinin qeydiyyatı, daha sonra təsis sənədlərində edilmiş dəyişikliklərin və xidmət müqavilələrinin qeydiyyatı ilə bağlı xidmətlər olmuşdur.
Hesabatda həmçinin FEP-in təkmilləşdirilməsi üçün bir sıra tövsiyyələr yer almışdır.
Hesabatın tam mətni ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar.












