Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyinin həyata keçirdiyi "Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi"adlı layihəsinin icrası uğurla başa çatdı.
 
Layihənin müddəti 3 ay idi. Layihə çərçivəsində Bərdə və Ağdam rayonlarının 9 təhsil ocaqlarında gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunun daha da yüksəlməsi məqsədi ilə, tədbirlər keçirildi. Tədbirdə, Layihə rəhbəri Naibə Behbudova, 1-ci və 2- Qarabağ döyüşçüləri, qaziləri və şəhid ailələri, təşkiların digər rayon təşkilatları və s.
çıxış elədilər.
 
Gənclərimiz qəhrəman döyüşçülərimizi, qazilərimizi şəhidlərimizi özlərinə örnək alaraq, onlarla bir daha qürur hissi keçirdilər.