"QÜRUR” şəhid ailələri xeriyyə ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi" layihəsinin icrasını uğurla davam etdirir.
Layihə 3 ay müddətinə(01.02.2022-ci il tarixdən, 30.04.2022-ci il tarixinədək) həyata keçiriləcək. Layihə rəhbəri "QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova 28.02.2022-ci ildə layihənin icrası məqsədilə Bərdə və Ağdam rayonlarına ezam olunaraq tədbirlərin keçirilməsinə start verdi.
Ezamiyyənin 1-ci günündə tədbirlərin keçirilməsi üçün Ağdam və Bərdə rayonlarında hazırlıq işləri aparılır.Tədbirlər bu rayonların 9 təhsil ocaqlarının gəncləri arasında keçiriləcək. Layihənin əsas məqsədi Ağdam və Bərdə rayonlarında, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan döyüşçülərimizin,veteranlarımızın və qazilərimizin döyüş yollları haqqında məlumatlar veriləcək.Bu mövzuda gənclərimiz arasında təbliğat və maarifləndirmə işləri aparılacaq.
Müharibənin canlı şahidləri olan qazilərlə,veteranlarla və şəhid ailələri ilə görüşlər keçiriləcək.Onların keçdikləri şərəfli döyüş yolları,vətənə və torpağa olan məhəbbət hissləri gənclərimizə bir örnək olaraq,onlarda vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olacaqdır.
Gənclər arasında aparılan bu təbğatlar, onların vətənə layiqli bir vətəndaş kimi böyümələrinə nail olmaqdan ibarətdir.
Tədbirdə Azərbaycan Respublikasının QHT –lərə dövlət Dəstəyi Agentliyinin və “QÜRUR”şəhid ailələri xeyriyyə ictimai birliyinin Loqolarını və layihənin adından ibarət olan baner qoyulacaq.
Tədbir iştirakçılarına,xüsusilə də gənclərə layihə çərçivəsində hazırlanmış ,vətənpərvərlik mövzusunu əhatə edən 450 ədəd buklet və dəftərxana ləvazimatları (bloknot ,qələm və papkalar) paylanacaq.












