LEAD Modern School və Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub.
QHT.az xəbər verir ki, Memoranduma əsasən gələcəkdə müştərək tədbir və ortaq layihələrin hazırlanması, əlaqələrin daha sıx çərçivədə qurulması və ortaq əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.












