Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.
QHT.az xəbər verir ki, QHT Agentliyinin rəhbərliyi günün sonunda Türkiyə Kızılay Cəmiyyətində görüş keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib.
Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.












