Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi ( İSAY İB) tərəfindən həyata keçirilən “Biz Şuşanın səfiriyik” adlı layihənin işçi qrupu fəaliyyətinə başlayıb.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi tələbələrin potensiallarından istifadə edərək Şuşanı onların vasitəsi ilə öz vətənlərində canlı təbliğ etməkdir.
Layihə çərçicəsində ölkəmizdə təhsil alan 44 nəfər müxtrəlif ölkələrdən olan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri nəzərdə tutulub. İştirakçılar Şuşa şəhərində ağacəkmə kampaniyası keçirərək “Dostluq və sülh” parkının əsasını qoyacaqlar. “Biz Şuşanın Səfiriyik” adlı qısametrajlı filmin çəkilişində iştirak edəcəklər. Filmdə iştirakçılar öz ana dilində Mən Şuşanın səfiriyəm adlı şuar səsləndirərək dünya xalqlarına müraciət edəcəklər. Film ingilis dilində internet üzərindən nümayiş etdiriləcək. Beləliklə layihə iştirakçıları Şuşa haqqında aldıqları canlı təsuratları həm öz vətənlərində, həm də ətrflarına bölüşərək Şuşanın, Azərbaycanın təmsilçilərinə çevriləcəklər.
Hazırkı mərhələdə Şuşaya səfər etmək, həmçinin Azərbaycanın tarixi zəfərindən sonra mədəniyyət paytaxtına çevrilən qədim və tarixi şəhərin elçisi olmaq şərəfinə yiyələnmək istəyən və Şuşaya səfər etmək istəyən əcnəbi tələbələr İSAY.İB nin [email protected] mail ünvanı ilə və ya 070 999 28 88 telefonla müraciət edə bilərlər. Məsul şəxs Elnarə İsmayılova .












