Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, 1989-cu ilin 1 iyun günündə Şəki şəhərində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və məzun olduqdan sonra Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb. O, aprelin 11-i isə şəhidimiz doğulduğu Şəki şəhərində son mənzilə yola salınıb.
Elnur İsgəndərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruhu şad olsun!










