İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında qarlı hava şəraitinin müxtəlif sahələrə təsirlərindən danışıb.
Onun sözlərinə görə, Bakı şəhərində yolların təmizlənməsi nəqliyyatın hərəkətini təmin edərək, işçilərin vaxtında işə çatmasına kömək edib. Bununla yanaşı, qarlı hava kənd təsərrüfatı baxımından faydalı hesab edilir və regionların inkişafına müsbət təsir göstərir:
"İqtisadi baxımdan bu dövrdə taksi xidmətlərinin qiymətlərində artım müşahidə olunub ki, bu da istehlakçılar üçün əlavə xərc yaradıb. Həmçinin, kənd təsərrüfatı məhsullarının, xüsusilə Bakıya gətirilən məhsulların qiymətlərində bahalaşma qeydə alınıb. Bunun əsas səbəbi isə hava şəraiti ilə bağlı logistika problemləri və məhsulların gecikməsidir. Bölgələrdə isə qar örtüyünün qalın olması və şaxtalı hava şəraiti təsərrüfat sahələrinə müəyyən təsir göstərib".
R. Atakişiyev qeyd edib ki, bu proses başa çatdıqdan sonra yeni əkilən ağac tinglərinin və əkin sahələrinin vəziyyəti daha dəqiq məlum olacaq.
Pərvanə Fərhadqızı












