“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ müharibəsi iştirakçılarının hüquqi müdafiəsinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Biləsuvar və Ağsu rayonlarında müharibə iştirakçılarının hüquqi məlumatlılığının artmasına xidmət edən təlimlər keçirib.

QHT.az xəbər verir ki, həmçinin hüquqi yardım xidməti göstərib. İştirakçılar müharibə iştirakçıları kimi müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və imtiyazları barədə məlumatlandırılıb. Müvafiq qanunlardan çıxarışlar və predmet üzrə digər zəruri materiallarla təmin ediliblər. Hüquqi yardım xidmətinə ehtiyacı olan şəxslərin qəbulu keçirilib, onlara məsləhətlər verilib, işlərlə daha yaxından tanış olmaq və hüquqi yardım xidmətinin davam etdirilməsi üçün zəruri olan məlumatlar və sənədlər götürülüb.