Üzgüçülük zamanı allergiya və dəniz məhsulları istehlak edərkən zəhərlənmə mümkündür.
QHT.az xəbər verir ki, Odessa sahillərindəki Qara dəniz bu yaxınlarda yağan leysandan sonra kərpic-qırmızı rəng alıb - ekoloqlar bunun fitoplankton - yosunların inkişafı ilə bağlı olduğunu deyirlər. Üzgüçülükdən imtina etmək daha yaxşıdır. Dəniz suyunda toksinlər var, üzgüçülük zamanı allergiya, dəniz məhsulları istehlak edərkən zəhərlənmələr mümkündür.
Ekoloqlar aydınlaşdırır ki, kütləvi ölüm prosesləri təhlükəsi var. Parlaq biolüminessensiya (canlı orqanizmlərin lüminessensiyası) fenomeni də müşahidə olunur. Sosial şəbəkələrdə yerli sakinlər yağışdan sonra şəhərin mərkəzi çimərliklərindən birinin sahilində çoxlu ölü siçovulların olduğunun qeydə alındığı video yayımlayıblar.
Pərvanə Fərhadqızı










