Faciə futbolçular meydanı tərk edərkən baş verib.

QHT.az xəbər verir ki, Huancayoda (Peru) futbol matçı zamanı ildırım 39 yaşlı oyunçu Huqo de la Kruz Mesanı öldürdü, daha bir neçə qurban xəstəxanaya yerləşdirildi. Faciə noyabrın 3-də Çilka rayonunda keçirilən regional turnir zamanı baş verib.

Qarşılaşma iki yerli komanda Juventud Bellavista və Familia Chocca arasında baş tutub. Bu zaman tufan başlayıb və hakim oyunu dayandırmaq qərarına gəlib. Lakin idmançılar paltardəyişmə otağına gedərkən meydançaya ildırım düşüb. Familiya Çokkanın müdafiəçisi yerindəcə dünyasını dəyişib. Daha bir neçə futbolçu zədəlidir. Milli.Az The Sun-a istinadən bildirir ki, onların arasında demək olar ki, birbaşa ildırım vurması nəticəsində ciddi yanıqlar alan 40 yaşlı qapıçı Xuan Çiokka Llakta da var. Kişinin vəziyyəti son dərəcə ağırdır.

 

Pərvanə Fərhadqızı