Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

QHT.az xəbər verir ki, həmin vaxt payız gecə-gündüz bərabərliyi qeydə alınacaq və Günəşin ekliptika üzrə hərəkəti nəticəsində Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə təşkil edəcək. Bu müddət ərzində fəsil dəyişiklikləri baş verəcək, təbiət özünəməxsus rənglərlə bəzənəcək.