PASİYENTLƏRİN TƏHLÜKƏSİZ VƏ MÜASİR MÜALİCƏSİNƏ DAİR ELMİ KONFRANS keçiriləcək.
QHT.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov bu barədə məlumat verib. Onun sözlərinə görə, 10-11 mart 2026-cı il tarixində Yeni Klinika Tibb Mərkəzində TƏBİB-in və Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı və Daxili Xəstəliklər Dərnəyinin, “Azərbaycan Revmatoloqlar Assosiasiyası” İctimai Birliyinin, Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyasının, "Azərbaycan Hematologiya Mütəxəssislər" İcitimai Birliyinin, "Azərbaycan Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin "Azərbaycan Tibb Bacıları Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə “PASİYENTLƏRİN TƏHLÜKƏSİZ VƏ MÜASİR MÜALİCƏSİNƏ” DAİR ELMİ KONFRANS keçiriləcək:
"Elmi konfransın birinci günü "Nevroloji Pasiyentlərin təhlükəsiz və etik müalicəsi: yeni çağırışlar və həll yolları" adlı panel keçiriləcək. Panelə Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası rəhbərlik edəcək. Konfransın məqsədi ağır gedişatlı xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicələrinin beyləlxalq standartlara əsaslanan protokollarla ocümlədən multidisiplinar müalicənin aparılmasının təbliğidir".






