Dekabrın 21-də Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu təşkil ediləcək.
QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. QHT sədri qeyd edib ki, Pasiyet Təşkilatlarının III Respublika Forumu dövlət səhiyyə qurumlarını, Millət vəkilləri, həkimlər, media nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və ən əsası müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərlə birgə keçiriləcək: “Forumda ixtisaslaşmış pasiyent təşkilatları həkimlərlə birgə təqdimatlar hazırlayıb. "Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı "Vərəm xidmətlərinə əlçatanlığın təşkilində vətəndaş cəmiyyətinin rolu" və 4 saylı Vərəməleyhinə Dispanserin baş həkimi Dr.İlhamə Cabbarova "Vərəm xəstəliyinin müalicəsində beynəlxalq standartlar-müalicənin bu günkü günü" mövzusunda çıxış edəcəklər”.
Pərvanə Fərhadqızı












