Kartof düzgün saxlandıqda çürüməz. Onun pisləşməməsi üçün bir neçə vacib nüansı bilməlisiniz.
QHT.az xəbər verir ki, ekspertlər bildirir ki, tərəvəzin ən yaxşı şəkildə saxlanmasını istəyirsinizsə, onu şkaf və ya sərin, qaranlıq yerdə qoyun. Kartof və soğanı heç vaxt bir yerdə saxlamaq olmaz, çünki ikincisi yetişmə prosesini sürətləndirən etilen (bitki hormonu) ifraz edir və bu səbəbdən kartof vaxtından əvvəl yetişə və xarab ola bilər. Kartofu soyuducuda saxlamağa ehtiyac yoxdur və siz heç vaxt çiy kartofu dondurucuda saxlamamalısınız, çünki bu, onların şişməsinə səbəb olacaq. Soğan, sarımsaq, armud, banan və ananasları soyuducuda saxlamaq olmaz.
Qeyd edək ki, bananlar etilen buraxır, ona görə də “qonşularını” vaxtından əvvəl xarab olmaqdan qorumaq üçün onları digər tərəvəz və meyvələrdən ayrı saxlamaq lazımdır. Bananları sərin, quru yerdə saxlamaq tövsiyə olunur. Bu meyvələri birbaşa günəş işığından uzaq tutun.
Pərvanə Fərhadqızı












