Ermənistanın baş naziri Nikol Paşinyan öz ideoloji canlı yayımında yeni Konstitusiyanın referendum yolu ilə qəbul edilməsinin "real Ermənistan" ideologiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Real Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, 29,743 kvadrat kilometr ərazini əhatə edən Ermənistandır. Bu sistem üçün yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi vacibdir, çünki bundan əvvəl keçirilmiş bütün konstitusiya referendumları ciddi legitimlik çatışmazlığına malik olub.
Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlətçiliyi olmayan bir millətin qalıq fəaliyyət modelindən dövlət qurucu xalqın fəaliyyət modelinə keçidini təmin etməkdir", – deyə Paşinyan vurğulayıb






