Nepalda içərisində 72 nəfəri daşıyan sərnişin təyyarəsi Pokhara hava limanına enmək istəyərkən qəzaya uğradıqdan sonra axtarış-xilasetmə işləri nəticəsində cəsədlərin hamısı tapılıb.
QHT.az xəbər verir ki, Nepalın paytaxtı Katmandudan yerli vaxtla səhər saat 10.33-də havaya qalxan Yeti Hava Yollarına məxsus iki mühərrikli ATR 72 sərnişin təyyarəsinin Pokhara hava limanına enməyə cəhd edərkən qəzaya uğramasından sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
Səlahiyyətlilər, xilasetmə işləri nəticəsində bu gün daha 2 cəsəd tapıldığını, ölənlərin sayının isə 72-yə yüksəldiyini bildirib.
Qəzadan sonra baş nazir Puşpa Kamal Dahal ölkə boyu milli matəm elan edib.












