4 noyabr 2024-cü il tarixdə Naxçıvan şəhərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu”  mövzusunda konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, konfrans zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan mühüm işlər Türk Dünyası coğrafiyasında, türkdilli dövlətlərin əməkdaşlığı, habelə türkdilli dövlətlərin peşə birliklərindən biri olan Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti və 28 noyabr – 3 dekabr 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk Dünyası Mediatorlar Birliyi tərəfindən təşkil ediləcək və türkdilli dövlətlərin mediatorlar birlikləri də daxil olmaqla, 16 ölkədən olan 300 mediatorun iştirakı ilə təşkil ediləcək Beynəlxalq Mediatorlar Şurasının 1-ci Qurultayının və Qurultay çərçivəsində təşkil ediləcək Qarabağ gecəsi barədə də Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel tərəfindən iştirakçılara məlumat veriləcəkdir.

 

Pərvanə Fərhadqızı