Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda Şərqdə Dayanıqlığın qurulması təşkilatının (BREN) dəstəyilə və COP29 gündəliyinə töhvə olaraq, “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil üçün Bacarıqların İnkişafı” adlı layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransı Naxçıvan Muxtar Respublikasında yaşayan qızların davamlı inkişaf prinsipləri üzrə maariflənməsinin və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədini daşıyır. Beləki, dünyanın bir çox yerlərində qızların və qadınların bu məsələlərlə bağlı təhsili və məlumatlılığın məhdudluğunu nəzərə alaraq, qızların davamlı inkişaf və iqlim məsələləri ilə bağlı maarifləndirilməsini həyata keçirilir. Naxçıvanda MR-da fəaliyyət göstərən Qızlar Liseyində təhsil alan qızların layihə çərçivəsində mühüm ekoloji problemlər haqqında məlumatlılığını artırmaqla yanaşı, onların ekoloji fəaliyyətlərdə iştirakının təşviqinə töhfə verəcəkdir.
Layihədə iqlim dəyişikliyi, resursların qorunması, davamlı həyat təcrübələri və biomüxtəlifliyin əhəmiyyəti kimi əsas mövzuları əhatə edən gənc qızlar üçün uyğunlaşdırılmış hərtərəfli və interaktiv kurrikulumun hazırlanması, qızları effektiv şəkildə cəlb etmək üçün sinifdə öyrənmə, interaktiv seminarlar və intensiv iki həftəlik kursların təşkili, həmçinin proqramın davamlılığını təmin etmək üçün orta məktəb və yerli təhsil müəssisələrindən seçilmiş bir qrup müəllim üçün təlimlərin təşkili, yerli icmalarda ekoloji maarifləndirməyə dair tədbirlərin keçirilməsi planlaşdırılır.










