Qərar Şimali Atlantika Şurasının iclasında qəbul edilə bilər.

QHT.az xəbər verir ki, Şimali Atlantika Alyansına üzv ölkələr Mark Rutteni NATO-nun yeni baş katibi seçməyə hazırdırlar. Onların sözlərinə görə, iyunun 26-da NATO-nun 32 ölkəsinin səfirləri rəsmən Yens Stoltenberqin yerinə namizəd seçəcəklər. Bildiyiniz kimi, onun səlahiyyət müddəti oktyabrın 1-də başa çatır.

Rutte NATO-nun yeni baş katibi olacaq

Ötən həftə Yens Stoltenberq Hollandiyanın baş nazirini vəzifəsi üçün güclü namizəd adlandırıb və onun namizədliyi ilə bağlı razılığa gəlməyə yaxın olduqlarını qeyd edib.

Tezliklə məlum oldu ki, bu vəzifəyə də müraciət edən Rumıniya prezidenti Klaus İohannis Ruttenin xeyrinə namizədliyini geri götürüb .

 

 

Pərvanə Fərhadqızı