"Yeni Həyat" İctimai Birliyinin sədri Nailə İsmayılova Bakı Olimpiya Stadionunda keçirilən "The Caspian Sea and Sustainable Development: Environmental Protection" mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Nailə İsmayılova bu cür tədbirlərin regionda ekoloji problemlərin həlli və Xəzəryanı dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Xəzəryanı dövlətlərin nümayəndələrinin çıxışlarını dinlədiklərini və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün innovativ həllərin müzakirə edildiyini bildirib. Tədbirdə qadınların yüksək iştirakı isə cəmiyyətin hər sahəsində qadınların fəallığının önəmini bir daha sübut edib.
Pərvanə Fərhadqızı










