“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  “Vətən ücün hazır ol” adlı layihəsinin  icrası çərçivəsində 09.10.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Oktyabrın 10-da turnirin ikinci günündə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi  bir dəqiyqalıq sükütla yad edildi. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışıb. 

Daha  sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov turnir iştirakçılarına uğurlar arzulayıb və bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırıb. Turnirin 2 mərhələsində 2 komanda güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəklində keçən görüşün nəticəsi Qazax şəhər 1 № - Kosalar 2-5 kimi olub. Kosalar komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, 3 mərhələ oyunları bu gün keçiriləcək.

 

 

Pərvanə Fərhadqızı