Mikayıl Müşfiqin xatirəsi anılıb – Masallıda
Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Mərkəzi Kitabxana Sisteminin 32 saylı filial kitabxanasının müdiri Sevanə Mənsimova çıxışlarında Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə məlumat veriblər.
Gənclər "1109 №-li məhbus" filmini izləyib, kitabxanada sərgilənən kitablarla tanış olublar.
Akif AĞAYEV












