Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Macarıstana səfəri zamanı Budapeşt şəhərində yerləşən Macar - Türk Ticaret Odasını ziyarət edib.
QHT.az xəbər verir ki, görüş zamanı Macar - Türk Ticaret Odası və Türk Dünyası Mediatorlar Birliyi ilə əməkdaşlıq imkanları və hər iki təşkilatın gördüyü işlər və gələcək perspektivlər müzakirə edilib.










