QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, eyni zamanda Mediasiya Şurasının üzvü olan Vəkil Vəli Vəliyev, bir dövlət müəssisəsi ilə tərəfdaş arasında yaranmış əmək mübahisəsinin uğurla mediasiya prosesi vasitəsilə həll edildiyini açıqlayıb. Barışıq sazişi ilə yekunlaşan bu mübahisə, tərəflərin hüquqi xərclərini azaltmaqla yanaşı, prosesin sürətli və effektiv həllini təmin edib.
Vəkil Vəli Vəliyev bu cür mediasiya proseslərinin həm tərəflər üçün vaxt və resurs qənaəti yaratdığını, həm də mübahisələrin səmərəli həllini təmin etdiyini vurğulayıb. Mediasiyanın üstünlüklərindən bəhrələnmək üçün əmək mübahisəsi yaşayan vətəndaşlara və təşkilatlara Mediasiya Şurasına müraciət etmək tövsiyə olunur.
Pərvanə Fərhadqızı










