Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan Diasporu ilə əlaqələr üzrə Kordinatoru, Ankara şəhərində fəaliyyət göstərən vəkil-mediator Mehrəli Xəlilli TİKA-nın Orta Asiya və Qafqazlar Dairəsi Başkanı Ali Özgün Öztürk arasında görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının əldə etdiyi nailiyyətlər, görülən işlər və Şuranın Türk Dünyası Mediatorlar Birliyinin yaradılması sahəsindəki rolu, eyni zamanda TİKA-nın gördüyü geniş miqyaslı işlər və fəaliyyəti barədə müzakirələr aparılıb.
Görüşdə eyni zamanda Türk Dünyası Mediatorlar Birliyinin yaranması, fəaliyyəti, görülən işlər barədə də müzakirələr aparılıb.
Nadir Adilov qeyd edib ki, TİKA-nın dünyada və Türk Dünyası regionunda gördüyü fəaliyyət və işlər bu sahədə səmərəli nəticələr yaradır və bu cür işlərin nəticəsi olaraq ixtisaslaşmış qurumlar da bu sahədə üzərlərinə düşən vəzifələri icra edirlər.










