Mediasiya Şurasının nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Cumhuriyətinə edib, Türkiyə Cumhuriyətinin Xarici İşlər Nazirliyinin Avropa İttıfaqı Bakanlığında qonaq olub.

QHT.az xəbər verir ki, qarşı tərəfin rəsmi dəvəti ilə baş tutan səfərdə əsas məqsəd iki qardaş ölkə arasında mediasiya sahəsində tərəfdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması və türk dövlətləri arasında mediatorların əməkdaşlığı istiqamətində niyyət danışıqlarının aparılmasıdır.

Səfər çərçivəsində müxtəlif görüşlər təşkil edilib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun rəhbərliyi ilə baş tutan səfərdə Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva Türkiyə Xarici İşlər Nazirliyinin Avropa İtifaqı Başkanlığında olub və fəaliyyətlə tanış olublar.

 

 

 Pərvanə Fərhadqızı