Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir. QHT.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində

maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı;

Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili;

“ASAN Radio”da “Smart Media” layihəsinin icrası;

media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi;

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi;

"medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi;

ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.

Gəlin doğru məlumatı fərqləndirməyə və media savadlı cəmiyyət qurmağa dəstək olaq, çünki MƏLUMATIN DOĞRULUĞU HAMIMIZIN MƏSULİYYƏTİDİR!