Masallıda Ümummilli Liderin xatirəsi ehtiramla anılıb

Müasir dövlətçiliyimizin xilaskarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin əziz xatirəsi masallılar tərəfindən ehtiramla anılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri dahi rəhbərin Masallı şəhər Heydər Əliyev Parkındakı abidəsi önünə tər güllər düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Eyni zamanda, rayonun bütün ərazilərində, tədris müəssisələrində Ulu Öndərin anım günü ilə bağlı tədbirlər təşkil edilib.

Akif AĞAYEV