Masallıda növbəti əmək yarmarkası 

 

Masallı rayonunda növbəti əmək yarmarkası keçirilib.
Noyabrın 28-də, Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil edilən yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filalının dəstəyi ilə gerçəkləşib.
Lənkəran-Astara Regional Məşğulluq filalının şöbə müdiri Nahid Nağdiyevdən aldığımız məlumata görə regionda təşkil olunan sayca altıncı əmək yarmarkasında 250 nəfərdən artıq vətəndaşın iştirak edib. Yarmarkaya Lənkəran-Astara iqtisadi rayonu üzrə 20 müəssisə tərəfindən ali, orta ixtisas peşə və orta təhsilli vətəndaşlar üçün uyğun olan 131 vakansiya çıxarılıb. İqtisadiyatın əksər sahələrini (turizm, xidmət sektoru, istehsal, səhiyyə, təhsil və s.) əhatə edən vakansiyalara görə 345-850 manat civarında əmək haqqı təklif edilir. 
Müraciət edən işaxtaranlara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat verilib, müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 

 

Akif AĞAYEV