Masallıda güləş turniri keçirilib
Masallı rayonunda uşaq və yeniyetmələr arasında yunan-Roma güləşi idman növü üzrə rayon turnirinə yekun vurulub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif çəki dərəcələri üzrə 50 idmançı gücünü sınayıb.
Ərkivan qəsəbəsindəki Mədəniyyət Mərkəzində təşkil edilən yarışlar iki gün (20-21 sentyabr) davam edib.
Turnirini nəticəsinə əsasən fəxri kürsünün ilk üç pilləsində qərarlaşan idmançılar təşkilat komitəsinin medal və diplomları ilə mükafatlanıblar.
Akif AĞAYEV










