Malayziyanın Selangor şəhərində baş verən sürüşmə nəticəsində 16 nəfər ölüb, 17 nəfər itkin düşüb.

 

QHT.az xəbər verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurdan təxminən 50 kilometr şimalında, Selangor əyalətinin Batanq Kali bölgəsində torpaq sürüşməsi baş verib.

 

Regional polis rəisi Suffian Abdullah bildirib ki, təbii fəlakət nəticəsində 16 nəfər, o cümlədən 5 yaşlı uşaq ölüb, 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib, 17 nəfər isə itkin düşüb. Abdullah bildirib ki, sürüşmə zamanı ərazidə təxminən 94 nəfərin olduğu güman edilir.

 

Axtarış və Xilasetmə işləri trek itləri də daxil olmaqla 400-dən çox heyətlə davam edir.