“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə Azərbaycan HR İnstitutu və “Sola Unitas” şirkəti arasında görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, Azərbaycan HR İnstitutun təsisçisi və direktoru Emil Hüseynov, “Sola Unitas”ın təsisçisi Umut Kısa və qurumların nümayəndələri iştirak edib. Görüş çərçivəsində faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, birgə layihələrin icrası barədə razılığa gəlinib.