Bu gün Laçın şəhərinə növbəti köç başlayıb.

 

QHT. az  Oxu.Az -a istinadən xəbər verir ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

 

Köç karvanı saat 07:00-da Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən Laçına yola salınıb.

 

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülüb.