Bu fikirləri QHT.az-a “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin rəhbəri, tibb və iqtisad elmləri namizədi Akif Kərimov deyib.
O, qeyd edib ki, təşkilatın fəaliyyətində ekoloji problemlər həmişə prioritet təşkil edib. Təşkilat ekoloji sahədə, yalnız maliyyələşən layihələri deyil, öz potensialı hesabına da müxtəlif layihələr həyata keçirib. 2003-cü ildə Kür daşqınları zamanı Neftçalada yaranmış problemlərin həllində İctimai Birlik dövlət təşkilatları ilə çiyin-çiyinə işləməklə problemin həlinə dəstək olmağa çalışdı.
Akif Kərimov bildirib ki, COP29 kimi qlobal bir tədbirin ölkəmizdə keçirilməsi ekoloji problemlərin dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərməklə yanaşı, Azərbaycanın da bu problemə həmişə töhfə verməyə hazır olduğunu sübut etdi.










