“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənovanı universitetdə ziyarət edib və əməkdaşlıq üçün təşəkkür edib.
 

QHT.az xəbər verir ki, təşkilatın fəaliyyəti və  son dövrlər icra edilən layihələr haqqında fikir mübadiləsi aparılıb. 
ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənovaya Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsində göstərdiyi əhəmiyyətli töhfələrə və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi ilə uğurlu əməkdaşlığa görə Fəxri Fərman təqdim edilib.