“Konstitusiyanın təxminən üçdə biri məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur (24-71-ci maddələr)” – bu fikirlər Hüquq və İnsan Haqları İnstitutunun fevralın 28-də gənclər üçün təşkil etdiyi məlumat sessiyasında şöbə müdiri Vüsalə Muradxanlı tərəfindən səsləndirilib.

QHT.az xəbər verir ki, İnstitutun 28 fevral və 5 mart tarixlərində “Əsas insan hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirdiyi məlumat sessiyasında gənclər xüsusi diqqət mərkəzinə çəkilib.