Deputat Vüqar Bayramov yeni qaydaların iş axtaran vətəndaşlara özəl sektorda dövlət hesabına işə düzəlmək imkanı yaradacağını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu qaydalarla, işçilərin maaşları dövlət tərəfindən ödəniləcək və təxminən 15 min vətəndaş kvotadan əlavə işlə təmin ediləcək:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti 3 aya yaxın müddətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Yeni mexanizm əmək bazarının tələblərinə uyğun olaraq daha çox iş yerinin yaradılmasını və işsizlərin qısa müddətdə işə cəlb edilməsini təmin edəcək".












