14 may 2024-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı, Bakı 13 saylı Mediasiya Təşkilatının rəhbəri İlham Mehdiyevin ekspertliyi ilə "Keyfiyyətli barışıq sazişlərinin məzmunu" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.
QHT.a xəbər verir ki, görüşdə məqsəd peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları mediatorlara çatdırması və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.










