“UNEC Günü”ndə universitetin əməkdaşı, tanınmış karikaturaçı rəssam Seyran Cəfərlinin müxtəlif mövzulara həsr olunmuş bir-birindən maraqlı karikatura əsərləri sərgilənib.

QHT.az xəbər verir ki, iştirakçılar tərəfindən böyük maraqla qarşılanan sərginin açılışında ölkənin tanınmış rəssamları da çıxış ediblər. S.Cəfərlinin dünyanın bir çox ölkələrində fərdi sərgilərinin təşkil olunduğunu, onun əsərlərinin qızıl medallara və xüsusi diplomlara layiq görüldüyünü, beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafatla təltif edildiyini və 200-ə yaxın kataloqda əsərlərinin çap olunduğunu bildiriblər.

Seyran Cəfərliyə UNEC rəhbərliyinin “Təşəkkürnamə”si təqdim olunub.