Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyədə Fövqəladə Hallar Proqramı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün “İnfodemiyanın İdarəolunması" üzrə təlim keçirilib.
QHT.az xəbər verir ki, ÜST-nin Avropa üzrə Regional Ofisinin eskpertləri tərəfindən aparılan təlimin məqsədi infodemiyanın yaratdığı problemlər və onların həlli ilə bağlı medianın və digər müvafiq qurumların məlumatlılığını artırmaq olub.
Qeyd edək ki, 2 gün davam edən təlimdə 30-a yaxın jurnalist, influenser və yerli səhiyyə qurumlarının nümayəndəsi iştirak edib. Təlim iştirakçıları sertifikatla təltif olunub.
Pərvanə Fərhadqızı












