“Muxtar Babayev, son təyinatlarda uğurlu hesab etdiyim nazirlərdəndir. Buna qədərki iş yerində də uğurlu kadrlardan sayılırdı. Yeni postunda təşkil etdiyi Qarabağ səfərlərində təhlükələri düşünüb dəfələrlə zəng edən, adamların özünü necə hiss elədiyi ilə maraqlanan, əziyyət verdiyi üçün üzr istəyən bəlkə də yeganə nazirdir. Hətta, kütləvi tədbirlərə, "Jurnalistlər evi"nə belə gələndə, bunu evimin balkonundan özüm görmüşəm, xidməti maşınını magistralda saxladır. Məhləyə pencəyi çiynində girir. Üstəlik, bildiyim qədəri ilə vətən qarşısında cinayəti, liderə xəyanəti də yoxdur”.
Bu sözləri tanınmış jurnalist Jalə Mütəllimova bildirib.
O, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevlə bağlı həmçinin qeyd edib ki, bu keyfiyyətlərdən əlavə o, qanunsuz meşə qırıb villa tikən, meşə qırıb çətənə əkən, dağ yarıb qızıl çıxaran, silah götürüb qadağan olunan ovu ovlayan, örüş yerlərini, yaylaqları, qışlaqları zəbt edən, çayların qabağını kəsib göl, axmaz, danba düzəldənlər haqqında vaxtında dövlət başçısına danışmalı idi ki, indiki vəziyyəti yaşanmasın: “Düzdür bunu etmək çox çətindir, yüzlərlə varlı düşmən qazanmaqdır, amma həm də vacibdir”.
Jurnalist onu da bildirib ki, nəticə odur ki, normal adam olan Muxtar müəllim, normal nazir ola bilməyib.
Pərvanə Fərhadqızı












