Jurnalist Zaur Mirzəzadə həbsdən azad edilib.
QHT.az Axar.az -a istinadən xəbər verir ki, jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bəraət verilməklə azad olunub.
Qeyd edək ki, ötən il zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. 2022-ci ilin may ayında məhkəmə jurnalistə 5 il azadlıqdan məhrumetmə cəzası vermişdi












