İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Qızlar- Texnologiyalar  İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilir.

Birlikdən QHT.az- a verilən məlumata görə, layihə Azərbycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilir. Layihə çərçivəsində Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə (qızlarla) təlimlər keçirilib. Layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik  kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən qızların istəklərinə təkan verməkdən ibarətdir. Layihə çərçivəsində ixtisas seçimi mərhələsində olan qızların İT sahəsində marağının formalaşması, bu sahədə biliklərin əldə olunması məqsədilə keçirilən əyani təlimlərdə 55 nəfər şagird iştirak etdi. Təlimlərdə iştirakçılara seçəcəkləri ixtisasla bağlı mühəndis, robottexnika, proqramlaşdırma, data analitik, İT və digər bu kimi sahələr haqqında da məlumatlar verildi ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına şərait yaradacaqdır.

Həmçinin təlim iştirakçılarına layihə çərçivəsində yaradılmış “İxtisasını rəqəmsal  texnologiyalarda seç” adlı platforma  (sayt) haqqında ətraflı məlumat verildi ki, bu da ixtisasını lT sahəsində seçmək istəyən  qızlara (xüsusilə şagirdlərə)  bu  ixtisasları seçdikdən sonra  peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır.

Qeyd edək ki,təlimlər qarşılıqlı dialoq şəkilində interaktiv metodlar əsasında təşkil edilib. Eyni zamanda layihə çərçivəsində təlim iştirakçılarını maraqlandıran bütün suallar təlimçi və layihə icraçısı tərəfindən cavablandırılıb.

 

 

Pərvanə Fərhadqızı