Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən Pirallahı rayon Gənclər Mərkəzində “İxtisas seçimində İT sahələri” mövzusunda təlim keçiriləcək.
QHT.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd ixtisas seçimində İT sahələri üzrə ixtisaslaşmaq istəyən abituriyentlərdə həmin istiqamətlər üzrə vahid fikir formalaşdırmaq, əldə edilmiş təcrübəni uşaqlarla bölüşmək və düzgün seçim prosesinə töhfə verməkdir.
Qeyd edək ki, təlim (05.08.2024, saat 11:00, Pirallahı rayon Gənclər Mərkəzi) “Uşaqdan-uşağa” silsilə layihəsi çərçivəsində təşkil edilir.










