Siciliya adasındakı hündürlüyü təxminən 3 min 300 metr olan Etna dağı kül və lava səpdi. Külün təxminən 4 min 500 metr yüksəkliyə çatdığı və bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığı edildiyi bildirilib.
QHT.az xəbər verir ki, İtaliyanın cənubunda fəaliyyət göstərən Etna vulkanı kül və lava püskürdü. Siciliya adasında hündürlüyü təxminən 3300 metr olan Etna dağı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürtdüyü küllərin təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib. Çox sayda küçələr və maşınlar kül ölüb.
Qeyd edək ki, Avropanın ən yüksək aktiv vulkanı olan Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkandakı vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd edilib. Etnanın yaydığı kül səbəbiylə Zafferana kimi vulkanın ətrafındakı yaşayış məntəqələrində bir çox küçə və nəqliyyat vasitələrinin külə büründüyü bildirilib.
Pərvanə Fərhadqızı












