“İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən yaradıcı Əlilliyi olan istedadlı şəxslərin Yanar-Dağ qoruğunda bir həftəlik əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
QHT.az xəbər verir ki, Dövlət Turizim Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə "Yanardağ" qoruğunda 20 nəfər istedadlı fiziki imkanları məhdud şəxslərin 800 yüzdən çox əl işləri ölkəmizdə olan turistlərin marağına səbəb olub. Milli atributları özündə əks etdirən əl işlərini turistlərə təqdim edərək satışı təşkil olunub.
İstedadlı Əlillər İctimai Birliyinin üzvlüyünə yeni qatılan II Qarabağ Qazisi, görmə məhdudiyətli Hüseyinli Bəhruzun əl işləridə sərgidə yer alıb.
Bu kimi layihələri həyata keçirdməkdə əsas məqsəd sağlamlıq imkanları məhdud olan şəxslərin sosial inteqrasiyasını, mədəni maariflənməsini və psixoloji rifahını gücləndirmək, onların məşğuluğunu təmin etmək, cəmiyyətin ictimai və mədəni həyatında fəal iştirakına şərait yaratmaq, sosial bacarıqlarını inkişaf etdirmək və özünəinam hissini artırmaqdır.
“İstedadlı Əlillər” İctimai Birliyi bu layihə vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərin mədəni həyata daha fəal cəlb olunmasına, onların sosial inklüzivliyinin gücləndirilməsinə və cəmiyyətə tamhüquqlu inteqrasiyasına öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov bu kimi tədbirlərin təşkil olunmasında İctimai Birlik adından Dövlət Turizim Agentliyinin sədri Fuad Nağıyevə, "Yanardağ" qoruğunun rəhbərliyinə və Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə təşəkkürünü bildirib.






