QHT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Telegram kanalında məlumat verib

Nazirlik ölkəyə məxsus gəminin (Böyük Britaniya və ABŞ Oman körfəzinin sularında) dəniz qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib.

“İnsanların ölümünə və Yəmənin dağılmasına səbəb olan ölkələr təcavüzkarlar koalisiyasına milyardlarla dollar dəyərində silah göndərməklə, başqalarını ittiham etməklə özlərinə və əməllərinə haqq qazandıra bilməzlər”, - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bəzi dövlətlər, o cümlədən Qərb dövlətləri tarix boyu müxtəlif bölgələrdə müharibələr aparıb, münaqişə tərəflərinə silah və hərbi texnika ixrac ediblər.

Kanaani qeyd edib ki, belə ölkələr dünya ictimai rəyini çaşdırmağa çalışırlar.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles fevral ayında Oman körfəzində qaçaqmalçılıq yolu ilə İran silahlarını daşıyan gəminin saxlanıldığını bildirmişdi.