31 may 2024-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba rayon Heydər Əliyev Mərkəzinin və “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində Şəhid övladları üçün əyləncə proqramı keçirilib.

QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Quba rayon Heydər Əliyev Mərkəzinin, “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin əməkdaşları, Şəhid ailələri və övladları iştirak ediblər: "Çıxış edənlər azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı təbrik edərək uğurlar arzulayıb, tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr və fəxri fərmanlar təqdim edilib".