İngiltərənin baş naziri Rişi Sunak paytaxt Londonda Downing Street-də baş nazirlik binası qarşısında Rusiya-Ukrayna müharibəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Rusiyanın 2022-ci il fevralın 24-də “hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı başlatdığı müharibə 1 ili arxada qoyub. Dünyanın müxtəlif yerlərində müharibədə həyatını itirənlərin xatirəsini yad etmək üçün mərasimlər keçirilib. İngiltərənin paytaxtı Londonda baş nazir Rişi Sunakın iştirakı ilə anma mərasimi təşkil edilib. Baş nazir Sunak, Ukraynanın Londondakı səfiri Vadim Pristayko və həyat yoldaşı və Ukrayna əsgərləri Dauninq küçəsində baş nazirlik binası qarşısında müharibədə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Baş nazir Sunak sosial media hesabında "Bütün ukraynalıların xatirəsinə. Sizinlə həmrəyik. Ukraynaya azadlıq" sözləri ilə Ukraynaya dəstəyini paylaşıb.












